Əsas məzmuna keç

Minatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək

Minatəmizləmə maşınları operativ nəqliyyat vasitələri hesab ediləcək

bununla bağlı məsələ yeni hazırlanan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun...

Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məsələ yeni “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Məlumat üçün ki, hazırda yanğından mühafizə, , təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…