Əsas məzmuna keç

Mehriban Zəki Oqtay Əliyevin həyatını itirdiyi qəza anından yazıb

Mehriban Zəki Oqtay Əliyevin həyatını itirdiyi qəza anından yazıb

Martın 22-si mədəniyyət işçisi Oqtay Əliyevin ilə nəticələnən qəzada yaralanan Xalq artisti Zəki hadisədən sonra ilk dəfə paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Zəki O. haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...

Bu sadəcə qəzavü-qədər idi.

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır.

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-i belə yazıldı bizim üçün”.

Xatırladaq ki, Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, M. Zəki xəstəxanada müalicəsini davam etdirir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…