Operativ Məlumat Mərkəzi

Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir

1 dəq
Paylaş:
Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir
Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib...

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər