"Atletiko Madrid" "Atalanta"nın hücumçusu Ademola Lookmanı almaqda maraqlıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu nigeriyalının Dieqo Simeonenin sisteminə mükəmməl uyğunlaşacağına inanır.
"Atalanta" 27 yaşlı futbolçu üçün 60 milyon avro istəyir.
Madrid klubu belə bir tələbi qarşılamağa hazır deyil, ona görə də transfer çətin görünür.
Ademola Lookman bu mövsüm 37 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
İngiltərənin "Mançester Yunayted" və "Liverpul" klubları da forvardı transfer etmək istəyirlər.