Operativ Məlumat Mərkəzi

Los Ancelesdə silahlı hücum - Ölənlər var

1 dəq
Paylaş:
Los Ancelesdə silahlı hücum - Ölənlər var
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Los Anceles Polis İdarəsinin rəsmisi,...

ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhərində silahlı hücum baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Los Anceles Polis İdarəsinin rəsmisi, şəhərdə keçirilən bir məclisə yerli vaxtla saat 01:00 radələrində silahlı hücum təşkil edildiyini bildirib.

Rəsmilərin məlumatına görə, hücum nəticəsində Gregory Derisso adlı şəxs hadisə yerində, 52 yaşlı bir qadın isə aparıldığı xəstəxanada həyatını itirib.

Hadisədə 6 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər