Operativ Məlumat Mərkəzi

"Liverpul" Luis Diaza alternativ tapıb

1 dəq
Paylaş:
"Liverpul" Luis Diaza alternativ tapıb
bu barədə “Mundo Deportivo” məlumat yayıb. Məlumata görə, "Liverpul" perspektivli futbolçunu transfer etməkdə maraqlıdır. Mersisaydlılar yay transfer...

Fransanın "Lion" klubunda çıxış edən 20 yaşlı belçikalı hücumçu Malik Fofana İngiltərə Premyer Liqasının aparıcı klubuna keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumata görə, "Liverpul" perspektivli futbolçunu transfer etməkdə maraqlıdır.

Mersisaydlılar yay transfer pəncərəsində komandadan ayrılacağı təqdirdə Maliki kolumbiyalı Luis Diaza alternativ kimi nəzərdən keçirir.

Onunla Kataloniyanın "Barselona" klubu da maraqlanır.

2024/2025 mövsümündə Fofana 41 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə verib.

Onun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər