Operativ Məlumat Mərkəzi

külli miqdarda dərman vasitələri aşkar edilib

1 dəq
Paylaş:
külli miqdarda dərman vasitələri aşkar edilib
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar...

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyədən Türkmənistana yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 min 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər