Əsas məzmuna keç

KİV: Azərbaycan Qəzzada sülhməramlı missiyaya qoşulmaq üçün BMT mandatı istəyir

KİV: Azərbaycan Qəzzada sülhməramlı missiyaya qoşulmaq üçün BMT mandatı istəyir

bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat verib. Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib. Azərbaycanın irəli sürdüyü tələb isə...

ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, bununla bağlı hələ son qərar verməyib. Azərbaycanın irəli sürdüyü tələb isə ölkənin bu missiyada hər hansı iştirakı BMT Şurasının qərarı ilə legitimliyi təmin edən və aydın mandat verən bir çərçivədə olmalıdır.

Qeyd olunur ki, bu missiya klassik BMT sülhməramlı əməliyyatı deyil. Missiya Balkan münaqişələrindən sonra tətbiq olunan sülh quruculuğuna bənzəyir. Məqsəd əsas obyektləri qorumaq, humanitar yardımın çatdırılmasını təmin etmək və siyasi strukturlar formalaşana qədər silahlı qarşıdurmanın təkrarlanmasının qarşısını almaqdır.

ABŞ Qəzzaya öz qoşunlarını göndərməyi planlaşdırmır, əvəzində Vaşinqton etibarlı regional və beynəlxalq tərəfdaşlardan ibarət koalisiya yaratmaq niyyətindədir. Azərbaycana bu strateji sülh təşəbbüsünə diplomatik balans və təcrübə baxımından töhfə verə biləcək etibarlı tərəfdaş kimi baxılır.

Qeyd edək ki, bir müddət əvvəl “Politico” sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlərin İndoneziya, və Pakistanın olduğunu yazıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…