Əsas məzmuna keç

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd...

Ədliyyə Nazirliyinin xidmətinin aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı təcridxanasına maddə keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…