Əsas məzmuna keç

İsraildə uşaq beyin yeyən amöbaya yoluxub

İsraildə uşaq beyin yeyən amöbaya yoluxub

İsraildə nadir hallarda beyin yeyən amöba olan " " tərəfindən infeksiya hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin məlumat yayıb.

Şimal bölgəsindən olan 10 yaşlı uşaq Safed şəhərindəki Ziv xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Əlavə testlər nadir beyin yeyən amöbanın olduğunu təsdiqləyib.

Zərərçəkənin vəziyyəti ağırdır, o, süni nəfəs aparatına qoşulub. Ölkənin Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən epidemioloji araşdırma aparılır və uşağın getdiyi yerlərdən su nümunələri götürülür.

"Naegleria fowleri" amöbləri şirin suda yaşayır və zamanı bədənə daxil olaraq beyin və onurğa beyninə geri dönməz ziyan vura bilir. Dünyada təxminən yeddi spontan sağalma hadisəsi məlumdur. Negleriazı müəyyən etmək çətindir və xəstəliyin özü sürətlə inkişaf edir. Xəstəliyin spesifik müalicəsi hazırlanmamışdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…