Tehranın İsrail tərəfinin hərəkətlərinə cavabı layiqli və sərt olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a açıqlamasında İran Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, briqada generalı Əli Şadmani bildirib.
"İranın nöqteyi-nəzərindən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənın öldürülməsi ilə bölgədəki təhlükəsizlik balansı pozuldu. Biz qisas alacağıq".