Əsas məzmuna keç

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - 05.04.2024

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - 05.04.2024

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib....

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, aprel ayının 3-də saat 03:38-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 550 qram (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə -istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…