Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Agentliyə istinadən verdiyi xəbərə görə, sözügedən vəzifə Kamran Ağayeva həvalə olunub.
O, İRİA ilə yanaşı, “Azercell Telecom” MMC-də Data idarəolunması şöbəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.