Əsas məzmuna keç

İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib

İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib

İlham Əliyev Almaniyanın şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Prezidentinin məktubunda deyilir:

"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, ötən gün Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 2 nəfər ölüb, 80-dək insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…