Operativ Məlumat Mərkəzi

Hava kəskin soyuyacaq

2 dəq
Paylaş:
Hava kəskin soyuyacaq
Havanın temperaturu 5-10 dərəcə enəcək. Dekabrın 12-14-ü üçün yağış xəbərdarlığı.

Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli ehtimalı var.

Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.

Qeyd edilib ki, dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax