Əsas məzmuna keç

Hakan Fidan Almaniyaya gedir

Hakan Fidan Almaniyaya gedir

Türkiyənin naziri sabah Almaniyaya gedəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT " məlumat yayıb.

Fidan Berlində türk icmasının nümayəndələri və iş adamları ilə görüşəcək.

Danışıqlarda Türkiyə-Avropa İttifaqı münasibətlərindən Qəzzadakı vəziyyətə qədər geniş gündəm müzakirə olunacaq.

Alman həmkarı ilə keçirəcəyi görüşlərdə Fidanın, yüksəksəviyyəli səfərlərlə sürət qazanan Türkiyə-Almaniya münasibətlərində məsləhətləşmə və dialoq mexanizmlərinin fəaliyyətini davam etdirməsinin əhəmiyyətini vurğulaması, ikitərəfli iqtisadi və ticarət əlaqələrinin sabit şəkildə güclənməsindən məmnunluğunu ifadə etməsi, enerji və sahələrində yaradılan mexanizmlərinin strateji bir baxışla inkişaf etdirilməsi imkanlarını dəyərləndirməsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…