Operativ Məlumat Mərkəzi

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

2 dəq
Paylaş:
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
bu barədə məlumat Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, yeni ikiillik plan ölkəyə emissiyaları...

Gürcüstan hökuməti 2024-2025-ci illər üçün iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planını təsdiqləyib. Fəaliyyət planının həyata keçirilməsinə 3,7 milyard lari xərclənəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, yeni ikiillik plan ölkəyə emissiyaları indiki səviyyədən 10-12 faiz aşağı saxlamağa imkan verəcək. 2021-2023-cü illərdə həyata keçirilən tədbirlərin nəticəsi atmosferə atılan tullantıların azaldılmasında özünü göstərib.

Fəaliyyət planı çərçivəsində ölkə iqtisadiyyatının yeddi sektorunda iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün layihə də hazırlanıb. Layihəyə əsasən, enerji istehsalı və ötürülməsi, nəqliyyat, inşaat, sənaye, kənd təsərrüfatı, tullantıların idarə olunması və meşə təsərrüfatı sahələrində xüsusi tədbirlər həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər