Əsas məzmuna keç

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - 29.02.2024

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - 29.02.2024

Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin...

Gəncə şəhərində sürət həddini aşan, qaydalarını kobud şəkildə pozan və edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şəhər sakini Şərif özünə məxsus “BMW” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib.

Sürücü barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bundan başqa, monitorinqlər zamanı bir qrup gəncin müxtəlif markalı avtomobillərlə, qanunla qadağan edilməsinə baxmayaraq, səs siqnalından istifadə və avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra vasitələri istismara buraxılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…