Əsas məzmuna keç

Florian Zenqstşmid: "Azərbaycanın Çinin xaricə səyahət bazarında payı artır"

Florian Zenqstşmid: "Azərbaycanın Çinin xaricə səyahət bazarında payı artır"

bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında...

Çin bu gün dünyanın ən böyük xaricə bazarıdır və Azərbaycanın burada payı hər il daha da yüksəlir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bürosunun İdarə Heyətinin sədri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında tətbiq olunan vizasız rejim turizm axınının genişlənməsinə mühüm təsir göstərib: "Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejimi turist axınının artmasına böyük töhfə verib. Bu il ötən ilin eyni dövrü ilə müqayisədə artıq 50 faizlik artım müşahidə edirik".

F. Zenqstşmid bildirib ki, "China Visitors Summit" çərçivəsində Çinin 51 böyük tur operatoru Azərbaycana səfər edib: "Onlar təkcə paytaxtı və ölkəmizin turizm potensialını yaxından tanımır, həm də yerli turizm və qonaqpərvərlik şirkətləri ilə görüşlər keçirirlər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…