Operativ Məlumat Mərkəzi

FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib

1 dəq
Paylaş:
FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib
Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar...

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər