"Atletiko"nun hücumçusu Joau Feliks karyerasını "Çelsi"də davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Hazırda klubların Konor Qallaqer və Feliksin mümkün mübadiləsini müzakirə edirlər.
Ötən mövsüm Feliks icarə əsasında "Barselona"da çıxış edib. Bütün turnirlərdə keçirilən 54 oyunda portuqaliyalı 13 qol vurub və 7 asist vurub.
Forvardın "Atletiko" ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.