Əsas məzmuna keç

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil...

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…