Əsas məzmuna keç

Ermənistanda hökümət binası yaxınlğında atışma olub

Ermənistanda hökümət binası yaxınlğında atışma olub

hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib. Yolsuzluq...

Ermənistanın paytaxtı İrəvan şəhərində meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.

“Operativ Məlumat Mərkəzi - OMM ” mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib.

Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini vurub.

Ermənistan polisi bildirib ki, fevralın 10-da saat 23:00 radələrində İrəvanın mərkəzində “Hummer” markalı avtomobilin sürücüsü qaydalarını kobud şəkildə pozaraq avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətində idarə edib.

Qeyd olunub ki, polis sürücünü dayandırmaq üçün avtomobilin təkərlərinə atəş açıb. Məlumata əsasən İrəvan polisi sürücünün şəxsiyyətini müəyyən edib və bununla bağlı müvafiq tədbirlər görülür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…