Əsas məzmuna keç

Ermənistanda hərbi xidmət müddətini 18 aya endirmək təklif olunub

Ermənistanda hərbi xidmət müddətini 18 aya endirmək təklif olunub

nazir bu təklifi parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iclasında səsləndirib. “Bu qərar 1 yanvar 2026-cı ildən sonra qüvvəyə minəcək və...

Ermənistanın Suren “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna sıravi heyət üçün məcburi hərbi xidmət müddətini 24 aydan 18 aya endirməyi nəzərdə tutan dəyişikliyi edib.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, nazir bu təklifi parlamentin müdafiə və komissiyasının iclasında səsləndirib.

“Bu qərar 1 yanvar 2026-cı ildən sonra qüvvəyə minəcək və müddətli hərbi qulluqçulara şamil olunacaq. Qış çağırışı çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi prosesi 7 yanvar 2026-cı ildən etibarən başlanacaq”, – Papikyan bildirib.

Onun sözlərinə görə, xidmət müddətinin azaldılması əvvəlki çağırışlarla xidmətə götürülən hərbçilərə şamil olunmur.

Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bildirib ki, qanun layihəsinin qəbulu vaxtsızdır və şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı problemlərə səbəb ola bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…