Operativ Məlumat Mərkəzi

Mirzoyan: Türkiyə ilə sərhədlərin açılmasını istəyirik

2 dəq
Paylaş:
Mirzoyan: Türkiyə ilə sərhədlərin açılmasını istəyirik
bu barədə xarici KİV məlumat yayıb. Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçidi üçün...

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədlərin açılmasını istədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçidi üçün açılması ilə bağlı razılığın əldə edildiyini xatırladan Mirzoyan bunun təkcə üçüncü ölkə vətəndaşları üçün deyil, diplomatik pasport sahibləri üçün də keçərli olacağını bildirib.

Mirzoyan həmçinin tarixi Ani körpüsünün bərpasının sual altında olduğunu bildirib və xatırladıb ki, sərhədyanı rayonlarda infrastruktur və yolların tikintisi ilə bağlı müəyyən razılaşmalar əldə olunub.

Erməni nazir, "Ermənistan Respublikası olaraq dövlət sərhədlərinin ən qısa zamanda açılmasını səmimi qəlbdən istəyirik. Diplomatik əlaqələrin qurulmasını, insanlar və mədəniyyətlər arasında təmasların artmasını istəyirik", - deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər