"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen klubdan ayrılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər yayda başa çatacaq müqaviləni yeniləməyiblər. .
"Xüsusi vaxt idi, uğursuzluqlar və qələbələr oldu. Belə bir klubda daimi təzyiq hiss edirsən və mənim xoşuma gəlir. İndi bir az dincələcəyəm, sonra milli komandanın olduğu yerə gedəcəm. Görək, bundan sonra harada oynayacağam", - yarımmüdafiəçi bildirib.
Kristian Eriksen MY-nin heyətində 107 oyun keçirib, 8 qol vurub və 18 məhsuldar ötürmə edib.