Operativ Məlumat Mərkəzi

Əli Əsədov Türkmənistana işgüzar səfər edib

1 dəq
Paylaş:
Əli Əsədov Türkmənistana işgüzar səfər edib
Bu gün Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib. Aşqabad...

Bu gün Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.

Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Baş nazir Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər