Əsas məzmuna keç

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə...

Azərbaycanın Baş naziri iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Areflə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, , enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…