Əsas məzmuna keç

Əli Əsədov Çinin səfiri ilə görüşüb

Əli Əsədov Çinin səfiri ilə görüşüb

Azərbaycanın Baş naziri Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli Lu Mey ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb.

İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyətinə toxunulub. Dövlət başçılarının imzaladığı “ Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı qeyd edilib.

Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…