Əsas məzmuna keç

Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni ilə əlaqə saxlayıb

Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni ilə əlaqə saxlayıb

“İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə , özü və yanındakı 4 nəfər həyəcanlı anlar da, yaxşıdırlar”.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"' Diasporla İş üzrə Dövlət Komitəsinin katibi Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi və İsraildə olan təşkilatları müğənni və yanındakı şəxslərin ölkəyə qayıtmasına çalışırlar: “Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”.

Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərinə gedən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə mövcud vəziyyətə görə çətin vəziyyətdə qalıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…