Əsas məzmuna keç

Dövlət Komissiyası bu ailələrə müraciət etdi

Dövlət Komissiyası bu ailələrə müraciət etdi

Əsir və itkin , girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası I müharibəsində qeydiyyatlardan kənarda qalan itkin düşən şəxslərin ailəsinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"Vətən müharibəsində əldə tarixi Zəfərdən sonra Dövlət Komissiyası və müvafiq dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb. Buna səbəb kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər. Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…