Əsas məzmuna keç

DİN pirotexniki vasitələrlə bağlı müraciət edib - VİDEO

DİN pirotexniki vasitələrlə bağlı müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrlə bağlı müraciət edib. DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətdə...

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrlə bağlı müraciət edib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətdə bildirilib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur: "Bu əsasən yetkinlik yaşına və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.

Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bir daha vətəndaşların diqqətinə ki, standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq.

Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!"

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…