Əsas məzmuna keç

Deputat: “Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb”

Deputat: “Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb”

bunu Milli Məclisinin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov deyib: Onun sözlərinə görə, bu məntəqələrdə minlərlə insan...

Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisinin sessiyasının növbəti iclasında deyib:

Onun sözlərinə görə, bu məntəqələrdə minlərlə insan işləyirdi: “Artıq “qara bazar” var. Metro stansiyalarının qarşısında dollar dəyişmə yerləri fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq sanki. Şənbə-bazar günləri heç yer işləmir, ölkəyə gələn turist pulunu harada dəyişsin? 1-2 bankın növbətçi filialları çalışır. Amma gərək Əhmədlidə olan şəxs pul dəyişmək üçün mərkəzə gəlsin”.

Deputat bildirib ki, düzdür, valyuta dəyişmə məntəqəsi açmaq üçün girov çoxdur: “Amma bu məntəqələr açılmalıdır. Rəqəmsal İnkişaf və Nazirliyi gözəl dayanacaqlar təqdim edir. O dayanacaqlar formasında dünyanın hər yerində pul dəyişmə məntəqələri var. Bizdə də açılıb işləsin. Bu, həm iş yeridir, həm də vətəndaşların və turistlərin rahatlığıdır".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…