Operativ Məlumat Mərkəzi

Deputat: “Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb”

2 dəq
Paylaş:
Deputat: “Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb”

Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisinin sessiyasının növbəti iclasında deyib:

Onun sözlərinə görə, bu məntəqələrdə minlərlə insan işləyirdi: “Artıq “qara bazar” var. Metro stansiyalarının qarşısında dollar dəyişmə yerləri fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq sanki. Şənbə-bazar günləri heç yer işləmir, ölkəyə gələn turist pulunu harada dəyişsin? 1-2 bankın növbətçi filialları çalışır. Amma gərək Əhmədlidə olan şəxs pul dəyişmək üçün mərkəzə gəlsin”.

Deputat bildirib ki, düzdür, valyuta dəyişmə məntəqəsi açmaq üçün girov çoxdur: “Amma bu məntəqələr açılmalıdır. Rəqəmsal İnkişaf və Nazirliyi gözəl dayanacaqlar təqdim edir. O dayanacaqlar formasında dünyanın hər yerində pul dəyişmə məntəqələri var. Bizdə də açılıb işləsin. Bu, həm iş yeridir, həm də vətəndaşların və turistlərin rahatlığıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax