Əsas məzmuna keç

Ceyhun Bayramov: Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır

Ceyhun Bayramov: Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır

postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkəmizin naziri Moskvada Rusiya və Ermənistandan olan həmkarları Sergey Lavrovla Ararat Mirzoyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün açılışı zamanı çıxışında deyib.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, ötən ilin sonundan etibarən Azərbaycanla arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub.

XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayıb.

“Bugünkü danışıqlar Ermənistan ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək”, - diplomat əlavə edib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…