Cənubi Koreyada hakim "Vətəndaş Gücü Partiyası"nın nümayəndəsi Han Donq-Hun ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan etmiş prezident Yoon Seok-Yeolun hərəkətlərinə görə üzr istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə YTN TV məlumat yayıb.
"Hakim partiya olaraq bu vəziyyətin yaranmasına çox təəssüf edirik", - deyə nümayəndə bildirib.
O əlavə edib ki, Milli Assambleya hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamə qəbul etdikdən sonra prezidentin qərarı “qüvvəsini itirib”.