Operativ Məlumat Mərkəzi

"Bu, həmin ölkənin tarixində biabırçı səhifədir"

1 dəq
Paylaş:
"Bu, həmin ölkənin tarixində biabırçı səhifədir"

"Latviyanın 841 Rusiya vətəndaşını ölkədən çıxarmaq planları neonasizmin dəhşətli nümunəsidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bu, neonasizmdən başqa adı olmayan bir şeyin dəhşətli nümunəsidir. Çünki milli mənsubiyyətə görə, o cümlədən rus dilini və rus mədəniyyətini bilən insanları qorxutmaq üçün heç bir hüquqi əsas olmadan, mənəviyyat və etikaya zidd olaraq əhalinin ərazidən çıxarılması üçün tədbirlər görülür", - o bildirib.

Zaxarova bildirib ki, bu proses uzun illərdir ki, davam edir: "Biz hər dəfə, demək olar ki, hər bir halda beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətini çəkirik. Bu, həmin ölkənin tarixində biabırçı səhifədir. Bu, Qərbi Avropa birliyinin tarixində biabırçı , əsas mövzusu insan hüquqları və humanitar aspekt olan beynəlxalq təşkilatların salnaməsində biabırçı səhifədir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər