Əsas məzmuna keç

BMT sülhməramlıları Livanı tərk edəcək

BMT sülhməramlıları Livanı tərk edəcək

bu barədə "Reuters" məlumat yayıb. Qərar avqustun 28-də Fransa və ABŞ arasında aparılan danışıqlardan sonra Şuranın 15 üzvü tərəfindən qəbul edilib....

Şurası Livandakı sülhməramlı missiyasının 2026-cı ilin sonuna qədər başa çatdırılması və daha sonra personalın ölkədən çıxarılması barədə qərarı yekdilliklə dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qərar avqustun 28-də Fransa və arasında aparılan danışıqlardan sonra Şuranın 15 tərəfindən qəbul edilib.

Beləliklə, UNIFIL-in mandatı 31 dekabr 2026-cı ilədək qüvvədə olacaq. Həmin tarixdən sonra isə sülhməramlıların mərhələli və təhlükəsiz şəkildə çıxarılmasına başlanacaq. Bu proses Livan hökuməti ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.

ABŞ-ın BMT-dəki müvəqqəti nümayəndəsi Doroti Şey vurğulayıb ki, Livandakı təhlükəsizlik vəziyyəti dəyişib və artıq ölkə hökumətinin üzərinə daha çox məsuliyyət götürməsinin vaxtı çatıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında ABŞ Livan və İsrail arasında atəşkəsin əldə olunmasında vasitəçilik etmişdi. Bu razılaşma Qəzza müharibəsi fonunda bir ildən artıq davam edən döyüşlərdən sonra mümkün olmuşdu.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…