Avropa ölkələri Rusiya neftini almağa davam etdikcə ABŞ Rusiyaya qarşı yeni tədbirlər görməyə meylli deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib .
“Biz əlavə sanksiyalar tətbiq etməzdən əvvəl Avropa bunu etməlidir”, - o deyib.
Rubio deyib ki, Avropa Vaşinqtondan yeni tədbirlər görməyi tələb edir , lakin hələ də Rusiyadan böyük həcmdə neft və təbii qaz alan Avropa ölkələri var.