Əsas məzmuna keç

Bərdədə təbiət abidəsi kimi qeydiyyatda olan ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Bərdədə təbiət abidəsi kimi qeydiyyatda olan ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Bərdədə abidəsi kimi qeydiyyatda olan ağacın qanunsuz kəsilməsi faktı ilə bağlı başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən icraatlar idarəsində Bərdə rayonu ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı rayonun Türkmən kəndi ərazisində təbiət abidəsi kimi qeydiyyatda olan 1 ədəd Şərq cinsinə məxsus ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 12 min 900 manat məbləğində maddi ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…