Əsas məzmuna keç

BDYPİ hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb

BDYPİ hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib....

Baş Dövlət İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.

Qeyd olunub ki, yola çıxmazdan əvvəl vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…