Operativ Məlumat Mərkəzi

Baş nazir: Bu il 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır

1 dəq
Paylaş:
Baş nazir: Bu il 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır
2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə...

2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında "Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatı"nı təqdim edərkən deyib.

Onun sözlərinə görə, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.

Baş nazir bildirib ki, ümumiyyətlə martın 1-dək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər