Əsas məzmuna keç

Bakının üç rayonunda qaz olmayacaq - 07.03.2025

Bakının üç rayonunda qaz olmayacaq - 07.03.2025

Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Operativ Məlumat...

Bu gün Bakının Xətai, və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi, S.Ə., Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin, Xəzər rayonunun isə “Üzümçülük” və “Bağlar” yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…