Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Yasamaldakı yanğınla əlaqəli Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Hazırda polis əməkdaşları hadisə yerini mühafizə edərək təhlükəsizlik tədbirləri görür.
***
Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binada yanğın başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Yanğınsöndürmə işləri həyata keçirilir.