Operativ Məlumat Mərkəzi

Bağçalarda tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun tarixi açıqlanıb

1 dəq
Paylaş:
Bağçalarda tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun tarixi açıqlanıb
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 29-da başlayacaq. Bu...

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 29-da başlayacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Namizədlər sözügedən tarixdə saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər