Əsas məzmuna keç

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra...

Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, sözügedən Memorandum 2025-ci il sentyabrın 16-da Şuşa şəhərində imzalanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…