Əsas məzmuna keç

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 olması təklif edilir.

Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.

Eyni zamanda Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…