Operativ Məlumat Mərkəzi

Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib

2 dəq
Paylaş:
Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib
Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 %...

Bu ilin yanvar-mart aylarında iqtisadiyyatında muzdla işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 % 901 manat olub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib. Beləliklə, təkcə mart ayında orta aylıq əməkhaqqı 47 manat artıb.

3 ay ərzində iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bundan başqa, bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və yaxud 2% artaraq 1 736,3 min nəfər təşkil edib, onlardan 904,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,3 %-i təhsil, 18,7 %-i ticarət; vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax