Əsas məzmuna keç

Azərbaycan və Kamboca turizm sahəsində Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Kamboca turizm sahəsində Anlaşma Memorandumu imzalayıb

Dövlət Agentliyi və Kamboca Turizm Nazirliyi turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Kamboca KİV-inə istinadən verdiyi məlumata görə, sənəd Azərbaycan hökumət nümayəndə heyətinin Pnompenə səfəri çərçivəsində imzalanıb.

Nümayəndə heyətinə nazirinin müavini Elnur rəhbərlik edib.

Məlumata görə, memorandum iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsinə yönəlib.

"Azərbaycan Kamboca ilə turizm sahəsində və təcrübə mübadiləsində maraqlıdır. Eyni zamanda, biz qarşılıqlı şəkildə turistlərin sayının artırılmasını təşviq etmək istəyirik", - E.Məmmədov yerli jurnalistlərə bildirib.

O qeyd edib ki, Anlaşma Memorandumu Azərbaycan Dövlət Turizm Agentliyi ilə Kamboca Turizm Nazirliyi arasında sıx əməkdaşlığın qurulmasına kömək edəcək və buna Azərbaycan Xarici İşlər Nazirliyi də dəstək verəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…