Əsas məzmuna keç

Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub

Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub

Anar Əzəm oğlu Ağayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Bu barədə "Operativ Məlumat...

Anar Əzəm oğlu Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Tibb Universitetinin xidmətindən məlumat verilib.

Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illər professor vəzifəsində çalışıb.

2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…